Cəmiyyət

"Atam bunu gördü və əsəbləşdi" - Məlahət Abbasova - VİDEO - FOTO

27 İyun 2017 12:55
6 Şərh     Baxış: 2 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-də Faiq Mirzəyevin təqdimatında "Ömrün fəsilləri" verilişinin növbəti qonağı Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova maraqlı açıqlamalar verib.

Milli.Az bildirir ki, o, ailəsindən və atası ilə münasibətindən bəhs edib:

"Atam diktator idi. Çox hirslənəndə şilləsini yemişəm. Anam da çox sərt idi. O zamanın mentalitetində qız uşağının üzərində daha çox titrəyirdilər. Atamın mənim aktrisa olmama icazə verməsinə özüm də şok oldum. Atama deyəndə ki, İncəsənət universitetinin aktyorluq fakültəsinə imtahana girmək istəyirəm mənə mənfi nəsə demədi. Nə anam, nə də atam mənə qarşı çıxmadı. Yəqin ki, mənə inamı var idi. Onun da özünə görə qanunları var idi. Açıq-saçıq, öpüşmə və s tipli səhnələrin olmasını istəmirdi. Atam deyirdi ki, ön sırada olacam tamaşa zamanı, xoşuma gəlməyən nəsə olsa, səhnəyə çıxacağam. Belə qorxularım var idi. Heç bir maneəçilik görmədim. Atamın qısqanclıqları çox idi. Tamaşadan sonra atam həmişə gəlib məni evə aparırdı. Bir tamaşaçı 2 gün əlində çiçəklə məni gözləyirdi. Atam bunu 2 gün dalbadal gördü və əsəbləşdi. Hətta atam çiçəyi əlimdən alıb oğlanın gördüyü formada yerə atdı. Oğlanı bir daha görmədim".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.