Cəmiyyət

Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyurlar?

27 İyun 2017 09:07
1 Şərh     Baxış: 1 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, son tədris illəri ərzində Azərbaycanda təhsil alan orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu qadınlardır.

Orta ixtisas məktəbləri ilə müqayisədə ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı isə daha azdır. Kolleclərdə təhsil alan tələbələrin 60 faizindən çoxu qadınlar olduğu halda, ali məktəblərdə oxuyan qadın tələbələr bütün tələbələrin tam olaraq yarısını da təşkil etmir.

Belə ki, 2016-2017-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinin 51 702 tələbəsi olub ki, onların da 34 308 nəfəri - 66,3 i faizi qadın olub. 2011-2012-ci tədris ilində bütün tələbələrin 65,8 faizi, 2012-2013 tədris ilində 66,3 faizi, 2013- 2014-cü tədris ilində 67,1 faizi, 2014-2015-ci tədris ilində 67,4 faizi, 2015-2016-cı tədris ilində isə 66,7 faizini qadınlar təşkil edib.

Ali təhsil müəssisələrinə gəldikdə, 2016-2017-ci tədris ilində bütün tələbələrin - 163 779 nəfərin 79 132 nəfəri, yaxud 48,3 faizi qadınlar olub. Ali məktəblərdə bundan əvvəlki tədris illərində də qadın tələbələrin faiz göstəricisi 46-48 faiz arasında dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.