Cəmiyyət

Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzdı - FOTO

27 İyun 2017 07:54
2 Şərh     Baxış: 2 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonunda sərxoş sürücü 7 qonşunun maşınını əzib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Atatürk prospekti, 65 ünvanında baş verib.
"Hyundai" markalı avtomobilin sürücüsü Rasim Kazımov öz avtomobili ilə sərxoş vəziyyətdə evinə gəlib. O, binanın həyətində avtomobilini park etmək istəyərkən qonşulara məxsus maşınları əzib. Hadisə nəticəsində 7 avtomobilə ciddi ziyan dəyib. Qonşulardan birinə məxsus "Nissan" markalı avtomobil zərbənin gücündən həyətin küçə divarını dağıdıb. Dağılan divar isə yol kənarında dayanmış "Toyota Prado" markalı avtomobilin üstünə aşıb.
 
Hadisəni törədən sürücü Rasim Kazımov xəsarət alıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Sərxoş sürücü əvvəlcə tibbi yardım üçün xəstəxanaya, daha sonra isə polis idarəsinə aparılıb. Rasim Kazımov saxlanılarkən anlaqsız vəziyyətdə olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.