Cəmiyyət

Mobil telefon bazarında durğunluq yaşanır - VİDEO

26 İyun 2017 22:10
2 Şərh     Baxış: 1 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanlar ən çox canlanma müşahidə edilən və aktiv olan mobil telefon bazarında durğunluq yaşanır.

Milli.Az bildirir ki, müştərilər azaldığından bir çox telefonların qiymətində 10-20 faiz azalma müşahidə edilir. Ancaq buna baxmayaraq yenə də satışlarda nəzərəçarpacaq dərəcədə artım müşahidə edilmir. Eskpertlərin fikrincə, bu texnoloji cihazlara tələbatın azalmasının bir sıra səbəbləri var.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, mobil telefon bazarında satışların azalmasının əsas səbəblərindən biri əvvəlki kimi qiymətlərin ucuz olmamasıdır.

Bəzi mobil telefon şirkətlərinin filiallarının bir neçəsinin bağlanması da elə alıcı qıtlığı səbəbindən baş verib. Müştəri olmadığına görə mağazalar bağlanaraq öz satış şəbəkələrini azaldıblar. Mobil telefonların satışı sahəsində tanınmış şirkətlərdən biri isə mobil telefonların satışının azalmasını mövsümlə əlaqələndirib. Şirkətin marketinq bölməsindən verilən məlumata görə, insanların çoxu yayda istirahətə getdiyindən mobil telefona tələbat azalır. Mobil telefonların ən çox satıldığı aylar isə Yeni il və Novruz bayramı qabağıdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mobil telefon bazarında durğunluq yaşanır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.