Cəmiyyət

Azərbaycanın xalq artisti anasının yanında dəfn ediləcək - Vəsiyyət edib - VİDEO

26 İyun 2017 21:21
14 Şərh     Baxış: 16 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib.

Milli.Az bildirir ki, mərhumun oğlu Hafiz Həmidovun sözlərinə görə, xalq artisti Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya sobəsinə yerləşdirilib. Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu mərkəzin süni tənəffüs aparatından ayrılıb. Mərhum dünyasını dəyişdikdən sonra evinə gətirilib.

Mərhumla vida mərasimi sabah "Təzəpir" məscidində keçiriləcək. Xalq artistinin nəşinin 2-ci fəxri xiyabanda dəfn edilməsi təklif edilsə də, vəsiyyətinə uyğun olaraq Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Qeyd edək ki, xalq artisti Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb.1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1992-ci ildə xalq artisti adına layiq görülüb. 2011-ci ildən isə prezident təqaüdçüsü olub. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanın xalq artisti anasının yanında dəfn ediləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.