Cəmiyyət

Fəhlənin əsərləri peşəkar rəssamı xatırladır - VİDEO

25 İyun 2017 21:04
1 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fəhlənin əl işləri bəlkədə peşakarları da geridə qoyur. Onun fantaziyasi da qeyri-adi əsərlər ortaya çıxardır. Heç bir təhsili olmayan və heç bir müəllimin yanında olmayan Salyan sakinin əl işləri xeyli maraqlıdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, tikintidə fəhlə kimi çalışsa da yağlı boya ilə çəkdiyi əsərlər peşəkarlardan fərqlənmir.
Salyan rayonun II Varlı kənd sakini Əliyusif Pənahovun rəssamlığa marağı kiçik yaşlarından başlasa da nə bu sahədə ali təhsil ala, nə də müəllim yanına gedə gedib. Dediyinə görə peşəkar şəkillər çəkməyi yalnız bu sahə ilə bağlı jurnallara baxmaqla oyrənib.
Əliyusifi əksər əsərlərini bəyənən dostlarına hədiyyə edib. Bu isə onun emalatxana əvəzi istifadə etdiyi otağındakı şəkillərin sayını heç də azaltmayıb. Onun yüksək fantaziyası sayəsində hər gün yeni əsərlərin ideyası yaranır və beləliklə kətan üzərində rəsmə çevrilir.
Təkcə bir otaqda yığılmış bu əl işlərini o cəmi 5 aya çəkib. Son günlər ərsiyyə gətirdiyi "Qurumuş ağaclar" kompazisiyasını özünün şah əsəri hesab edir.
Əliyusif Pənahovun ən böyük arzusu öz şəxsi emalatxanasını qurmaq və orada sərgiyə çıxarılacaq yeni-yeni əsərlər ərsiyyə gətirməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Fəhlənin əsərləri peşəkar rəssamı xatırladır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.