Cəmiyyət

Cənazəni tabutun içində dəfn etmək olarmı?

27 İyun 2017 08:15
4 Şərh     Baxış: 5 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənazəni tabutun içində dəfn etmək günah deyil və bu cür dəfn batil sayılmır. Əhli-sünnə məzhəbinə görə bu, məkruh (bəyənilməz) əməldir. Şiə alimlərindən XIX əsrin məşhur fəqihi mərhum Şeyx Mühəmməd Həsən Nəcəfi İsfahani (Sahibi-Cəvahir) də cənazəni tabutda basdırmağı caiz, amma məkruh bilirdi ("Cəvahir əl-kəlam", cild 4, səh. 291).

Milli.Az islam.az-a istinadən bildirir ki, müasir müctəhidlərdən Ayətullahül-üzma Sistani və Məkarim Şirazi bunun caizliyinə fətva vermişlər.

Amma burada mühüm şərt budur ki, cənazə tabutun içində dəfn olunsa belə, mütləq sağ böyrü üstə və üzü qibləyə olmaq şərti ilə qəbirə qoyulmalıdır.

Qeyd edək ki, cənazəni tabutda dəfn etmək icazəsi əsasən zərurət hallarına aiddir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.