Cəmiyyət

Ramazan bayramı namazı necə qılınır?

25 İyun 2017 19:05
8 Şərh     Baxış: 2 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayram namazı iki rükətdir. Bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır.

İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:

"Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.