Cəmiyyət

Bu il Bakıda 10-dan artıq avtomobil yolu yenidən qurulacaq

25 İyun 2017 10:09
0 Şərh     Baxış: 2 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Bakı şəhərində 10-dan artıq avtomobil yolunun yenidən qurularaq istifadəyə verilməsi nəzərdə tutulub.

Milli.Az bildirir ki, bu barədə Trend-ə müsahibəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bildirib ki, hazırda Bakı şəhərində 100-ə yaxın yeraltı və yerüstü piyada keçidləri var:

"Əvvəllər Bakıda cəmi 14 piyada keçidi var idi. 2015-ci ildə "Azəravtoyol" Bakıda 40-dan artıq yerüstü piyada keçidinin tikilməsi ilə bağlı aidiyyəti qurumlara təkliflər göndərdi. 2016-cı ildə Bakıda 20-dən artıq piyada keçidinin tikintisinə başlanıldı. Artıq 5 yerüstü, iki yeraltı keçid tikilib istifadəyə verilib. Bəzi keçidlərin tikintisi isə yekunlaşmaq üzrədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.