Cəmiyyət

Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş

24 İyun 2017 22:54
123 Şərh     Baxış: 31 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən binanın qarajında 21 yaşlı sevgilisi Elşən Əhmədovla birgə meyiti tapılan Aysu İsmayılova evli olub.

Araşdırmlar zamanı məlum olub ki, 21 yaşlı Aysunun rəsmi nikahdan bir körpə övladı da var.
 
Bildirilir ki, cütlük Aysu ailə qurmazdan əvvəl bir-birini tanıyırmış. Onların meyitlərinin necə tapılmasına gəlincə, 21 yaşlı oğlanın anası onun evə gəlməməsindən narahat olub. Daha sonra maşının qarajda olub-olmadığını öyrənmək üçün binanın qarşısına gedib. Bu zaman qadın dəhşətli mənzərənin - oğlu ilə sevgilisinin maşında öldüyünün şahidi olub.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.