Cəmiyyət

Mingəçevirdə uşaq ağcaqanad dərmanı içib zəhərləndi - VİDEO

24 İyun 2017 21:14
1 Şərh     Baxış: 2 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə istifadə olunan ağcaqanad əleyhinə dərman Mingəçevirdə bir uşağın zəhərlənməsinə səbəb olub. 2 yaşlı uşaq valideynlərinin gözündən yayınaraq ağcaqanad dərmanı içib. Ucarda isə az yaşlı çayda çimərkən batıb.

İsti havaya görə bu günlərdə geniş istifadə olunan ağcaqanad əleyhinə dərman az qalsın faciəyə səbəb olacaqdı. 2 yaşlı uşaq həşarat əlehinə dərmandan zəhərlənib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Mingəçevirdə Xətai küçəsində olub. Qəfl halı pizləşən Cahid Hüseynlini valideynləri xəstəxanaya çatdırıblar.
Azyaşılıya tibbi yardım göstərilib və yoxlamlar zamanı məlum olub ki, valideynlərin gözündən yayınan uşaq ağcqanad əlehinə dərman içib. Zərərçəkənin səhhətini həkimlər kafi qiymətləndirir.
Ucarda isə az yaşlı uşaq çayda çımərkən batıb.
Rayonun Rəstəcə kənd sakini 11 yaşlı Səid Həsənov dostları ilə birlikdə Göyçay çayının Ucarın Qulabənd kəndindən keçən hissəsində çimərkən boğulub. Dostları Səid Həsənovu xilas edə bilməyib.
Dərhal əraziyə dövlət sularda xilas etmə xidmətinin aran dalğıc axtarış qrupu cəlb olunub. Az yaşlının meyitinin axtarışlarına başlayıblar.
Ancaq gecə yağan güclü yağışlar sel gətirdiyindən Göyçay çayında su bulanıqlaşıb və buna görə də axtarışlar çətinləşib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Az yaşlı ağcaqanad dərmanı içib zəhərləndi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.