Cəmiyyət

Bayramın "qara"sı necə olur? - VİDEO

24 İyun 2017 21:09
3 Şərh     Baxış: 3 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi bölgələrdə Ramazan ayı ilə bağlı müxtəlif adət-ənənələr formalaşıb. Bunlardan biri də "qara bayram"dır. Ölünün adı ilə bağlı olduğu üçün bu bayram belə adlandırılır. Yəni ölüsünün ili yenicə çıxmış ailələr onun Ramazan Bayramını "qara bayram" adı ilə qeyd edirlər. Ancaq ilahiyyatçılar sərt şəkildə xəbərdarlıq edirlər: Ramazan ayını və bayramını "qara bayram" kimi qələmə vermək islam dininə uyğun deyil.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dəbdəbəli yemək süfrələri hazırlanır, molla çağırılır. Bəzi bölgələrdə iftar süfrəsi ölülərin adına açılır və onların ruhuna dualar oxunur. Qohum qonşular, kimsəsizlər və ehtiyacı olanlar süfrəyə dəvət olunurlar. Bu iftar süfrəsi "qara bayram" adlandırılır.
Belə yerlərdən biri də Şəmkirin Sabirkənd kəndidir. Ancaq maraqlıdır ki, sakinlər ramazan ayının qara bayram kimi keçirilməsinin haradan gəldiyindən xəbərsizdirlər. Bununla belə, bayramın ölülərin yada salınması və ruhlarına dualar oxunması üçün olduğunu deyirlər. Qara bayramı kənddə əksər ailələr keçirir. Orucluq ayı ərzində növbə ilə bütün evlərdə azı bir dəfə bu bayram qeyd olunur.
Kənd sakinlərinin sözlərinə görə, məclis böyük olduğundan iftar süfrəsinin hazırlanmasında evin xanımları ilə yanaşı, kəndin aşpazları da iştirak edirlər. Onlar bayram xörəklərini təmənnasız olaraq bişirirlər. Elə mollalar da təmənnasız gəlirlər və süfrənin başında yer alırlar.
Qara bayramın İslam dini ilə əlaqələndirilməsi və məhz müqəddəs Ramazan ayında qeyd olunması "doğrudan da İslamda qara bayram anlayışı varmı?" sualını ağıllara gətirir. İlahiyyatçılar birmənalı şəkildə İslamda bu adda bayramın olmadığını və xüsusilə də Ramazan kimi müqəddəs ayın qara bayram kimi qələmə verilməsinin qəbuledilməz olduğunu deyirlər. İlahiyyatçı Mirhəmid Məmmədovun sözlərinə görə, qara bayram dini deyil, milli adət-ənənədir və sovet dövründən qalıb. İnsanların ramazan ayı boyunca, xüsusən də ramazanın son gününü qara bayram adı ilə qeyd etmələri düzgün deyil.
İlahiyyatçılar ''qara bayram'' adı altında qurulan məclislərin israfçılığa yol aça biləcəyini də qeyd edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
İslamda

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.