Cəmiyyət

İmişli-Beyləqan yolunda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı - VİDEO

24 İyun 2017 20:54
0 Şərh     Baxış: 1 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişlidə iki maşın toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Beyləqanda da iki maşın toqquşub. Sürücülərdən biri ölüb. Bakıda isə təcili yardım xidmətinin avtomobili qəzaya uğrayıb.

İki avtomobil toqquşub, nəticədə 3 nəfər xəsarət alıb, 1 nəfər ölüb. Hadisə İmişli - Beyləqan magistral yolunda İmişli rayon ərazisində baş verib. Qarşı -qarşıya gələn iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri ölüb.
Xəsarət alan 3 nəfərdən ikisi - 28 yaşlı CƏbrayıl Quliyev və 28 yaşlı Yasin Şirinov İmişli Rayon Xəstəxanasına çatdırılıb. Digər yaralı isə Beyləqan xəstəxanasına yerləşdirilib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Beyləqanda da iki minik avtomobili toqquşuq. Hadisə rayonun İmamverdilər kəndi ərazisində qeydə alınıb.
Nəticədə sürücü 55 yaşlı Adil Həziyev ölüb . Onun avtomobildə sııxılmış cəsədi xilasedicilər tərəfindən cıxarılaraq adiyəti üzrə təfvil verilib. Faktla bağlı rayon polsində araşdırma aparılır.
Bakıda isə təcili yardım xidmətinin avtomobili qəzaya uğrayıb.
Hadisə Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində olub. Sayrışan işıqları yanan Ambulans işıqforun qırmızı işığında yolu keçərkən Əhməd Rəcəbli küçəsində, yaşıl işıqda hərəkətdə olan avtomobillə toqquşub və aşıb.
Daha sonra Fətəli xan Xoyski küçəsində hərəkətdə olan, marşrut avtobusu da aşmış ambulansa çırpılıb. Hadisə zamanı ambulansın sürücüsü, 63 yaşlı Yelmar Əliyev ilə yanaşı, sərnişin avtobusunda olan 2 sərnişin də xəsarət alıblar. Onlara ilkin tibbi yardım göstərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
İmişli-Beyləqan yolunda ağır qəza

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.