Cəmiyyət

Saxlanılan oğru: "Ev sahibindən üzr istəyirəm" - VİDEO

24 İyun 2017 20:52
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöl sakini həmkəndlisinin evini qarət edib. Oğurladığı əşyaları Gəncə şəhərində dəyər-dəyməzinə satan şəxs əldə etdiyi pulu da elə orda-burda xərcləyib. Saxlanılan şəxs hadisə zamanı sərxoş olduğunu deyərək ev sahibindən üzr istəyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  aylar əvvəl həmkəndlisinin evini qarət edən şəxs saxlanılıb. Hadisə Göygölün Üçtəpə kəndində baş verib. Fəridə Ələsgərova fevral ayında Rayon Polis Şöbəsinə müraciət edərək, evinin qarət edildiyini bildirib. Hadisə zamanı evdə heç kim olmayıb.
Zərərçəkənin müraciəti əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Təxminən 4 ay sonra evi qarət etməkdə şübhəli bilinən kənd sakini 47 yaşlı İttifaq İsmayılov saxlanılıb.
İttifaq İsmayılov istintaqa ifadəsi zamanı evdən 1650 manatlıq əşyaları sərxoş halda oğurladığını bildirib. Saxlanılan şəxs gec də olsa, ev sahibindən üzr istəməyi özünə borc bilib.
Hazırda fakt üzrə istintaq araşdırmaları davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Oğru ev sahibindən üzr istədi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.