Cəmiyyət

Azərbaycanda ağır qəza: 5 yaralı - FOTO - YENİLƏNİB

24 İyun 2017 21:34
0 Şərh     Baxış: 2 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:34

Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb. Şirvan sakini, 1989-cu il təvəllüdlü Yusifov İlkin Zöhrab oğlunun idarə etdiyi 01 BE 666 dövlət nömrə nişanlı mikroavtobusla Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Qoşqar Şirməmməd oğlunun idarə etdiyi VAZ 2106 markalı 54 BC 261 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə VAZ 2106-nın sürücüsü və hər iki avtomobildə olan sərnişinlərdən - Şıxasalahlı kənd sakinləri, 1991-ci il təvəllüdlü Məmmədov Röyal Elşad oğlu, 1992-ci il təvəllüdlü Zərbəlizadə Hacalı Söhbət oğlu, 1972-ci il təvəllüdlü Süleymanova Şirin İsaxan qızı və Minbaşı kənd sakini, 1959-cu il təvəllüdlü Əsgərova Arifə Abduləziz qızı Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır. 

20:02

Sabirabad rayonun Qaragüney kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3-ü qadın, 2-si kişi olmaqla 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
 
Hadisənin baş vermə səbəbləri və xəsarət alanların kimliyi araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.