Cəmiyyət

Hepatit C xəstəliyi haqqında formalaşmış 7 YANLIŞ FİKİR

24 İyun 2017 21:40
0 Şərh     Baxış: 3 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1."Qan analizində Hepatit C-yə qarşı antitel aşkarlandı (skrininq-test pozitiv oldu), deməli mən Hepatit C" xəstəsiyəm - FİKRİ YANLIŞDIR

Qan analizində hepatit C-yə qarşı antitelin aşkarlanması (skrininq-test pozitiv olması) hələ hepatit C xəstəsi olması demək deyildir. Bu analizin pozitiv olması orqanizmin Hepatit C ilə kontakta olması deməkdir.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Hepatit C virusu ilə yoluxan xəstələrin 15 %-i dərman içmədən öz-özünə sağala bilər, yəni orqanizm özü özünü 15 % hallarda viruslardan təmizləyə bilir. Beləki, hepatit C-nin diaqnostikasında bir neçə metodla həyata keçirilən analizlər mövcuddur. Skrininq-test ucuz olduğu və tez nəticə verdiyi üçün pasientlərə birinci olaraq bu analiz təyin edilir. Pasientin Hepatit C xəstəsi olmasını təsdiqləmək üçün PZR analizi (metodu) ilə virusu qanda təyin etmək lazımdır.

2."Məndə Hepatit C xəstəliyi aşkarlanıb mənim isə heç bir yerim ağrımır və ümumiyəttlə heç bir xəstəlik əlamətini özümdə hiss etmirəm deməli mən xəstə deyiləm" - FİKRİ YANLIŞDIR

Hepatit C xəstəliyi əksər hallarda əlamətsiz gedir. Yalnız nadir hallarda yorğunluq, halsızlıq, ürəkbulanma, qusma, əzələ və oynaq ağrıları verir. Ona görə də əlamət yoxdursa o demək deyil ki, siz xəstə deyilsiz.

3. "Mən hepatit C xəstəliyinə qarşı peyvənd olunmuşam ona görə mən bu xəstəliyə tutula bilmərəm" - FİKRİ YANLIŞDIR

Hepatit Avə B xəstəliyinə qarşı peyvənd var Amma təəssüf olsun ki, Hepatit C xəstəliyinə qarşı peyvənd yoxdur.

4."Mən Hepatit C xəstəsiyəm, körpəm bu xəstəliyə yoluxmasın deyə ana südü vermirəm" - FİKRİ YANLIŞDIR

Düzdür,hepatit C xəstəsi olan ananın südündə Hepatit C virusları aşkarlanır. Amma ana öz körpəsinə ana südü ilə bəslədikdə körpə yoluxmur. Ona görə Ümumi Dünya Səhiyyə təşkilatı Hepatit C xəstəsi olan ananı körpəsini ana südü ilə bəslənməsinə qadağa qoymur. Yalnız süd verdikdə ehtiyyatlı olmaq lazımdır, beləki, ananın süd vəzisində yara və ya qanayan sızanaq olduqda və eyni zamanda həmin vaxt körpənin ağız boşluğunda yara varsa yoluxma halı baş verə bilər. Amma belə hallar yoxdursa ana körpəsini ana südü ilə bəsləyə bilər.

5. "Ailə üzvlərimizdən biri Hepatit C xəstəsidir. Onun otağını, qab qacağını, dəsmalını, yataq dəstini, geyimini ayırmışıq. Bizimlə danışanda maska geyinməyini tələb edirik. Necə deyərlər bir növ təcrid etmişik ki, bizi bu xəstəliyə yoluxdurmasın" - FİKRİ YANLIŞDIR

Hepatit C xəstəsi olan xəstəni təcrid etməyə ehtiyac yoxdur. Bu xəstəlik hava-damcı, fekal-oral yol ilə ötürülmür. Ona görə Hepatit C xəstəsi olan xəstənin qab qacağından, dəsmalından, yataq dəstindən, geyimindən istifadə etdikdə yoluxma baş vermir. Amma onun ülgücündən, diş fırçasından, qayçısından, dırnaq tutqacından istifadə etmək olmaz.

6."Mən Hepatit C xəstəsiyəm, uşaqlarımı qucaqlamıram, oxşamıram, öpmürəm ki, onları da yoluxduraram" - FİKRİ YANLIŞDIR

Qucaqlaşma, əl tutma, öpmə, oxşama ilə Hepatit C xəstəliyi ötürülmür. Ona görə rahatlıqca uşaqlarınızı qucaqlaya, oxşaya, öpə bilərsiniz.

7. "Hepatit C xəstəsiyəm, bu xəstəliyin sağalmayacağının və necə deyərlər ömrü boyu mənimlə yoldaş olacağını bilirəm" - FİKRİ YANLIŞDIR

Hepatit C xəstəliyi tam sağalan xəstəlikdir. Əgər sizdə HepatitC xəstəliyi aşkarlanıbsa həkim qastroenteroloq-hepatoloqa müraciət etməniz məsləhətdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.