Cəmiyyət

Yumruğu 90 san ərzində sıxmanın maraqlı faydaları

24 İyun 2017 22:45
0 Şərh     Baxış: 6 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı psixoloqlar sağ və sol yumruğu 90 san ərzində sıxmanın faydalarını açıqladı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Plos jurnalının araşdırmalarına görə, yumruq sıxmaq yaddaşı gücləndirici təsirə malikdir.
 
90 saniyə ərzində sağ yumruğun sıxılması yaddaşın meydana gəlməsinə köməkçi olur, eyni əməliyyatı sol yumruqla edilməsi isə, xatırlamağı asanlaşdırır.
 
50 yetkin insan arasında keçirilən təcrübədə uzun bir sözü xatırlayarkən daha yaxşı nəticə göstərdikləri bildirildi. Araşdırmaçılar, yumruq sıxmanın beyin və yaddaş ilə əlaqədar bəzi xüsusi bölgələri hərəkətə keçirdiyini düşünür.
 
Araşdırma qrupundan olan dr. Propper mövzu barəsində məlumat verdi: "Bir şeyi öyrənəndə, sağ yumruğunuzu, bir şeyi xatırlamağa çalışanda isə sol yumruğunuzu sıxın."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.