Cəmiyyət

Hansı qida uşaqlarda IQ artırır?

24 İyun 2017 22:15
3 Şərh     Baxış: 2 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brokoli yeyən uşaqlar dərsdə daha çox müvəffəqiyyət əldə edirlər.

Brokoli yaşıl yarpaqlı tərəvəzlər sinfindən olub sağlamlığa çoxlu töhfələr verir. Həm xərçəng, həm ürək xəstəlikləri üzərində olduqca faydalı olan brokolinin daha bir faydası üzə çıxdı.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ABŞ-da İllinois Universitetinin reallaşdırdığı bir araşdırma, müntəzəm olaraq brokoli istehlak edən uşaqların dərslərində daha müvəffəqiyyətli olduğunu müəyyən etdi.
 
Başda brokoli olmaqla yaşıl yarpaqlı tərəvəzlərdə bol miqdarda olan lutein adlı antioksidant maddənin, beyin sağlamlığını inkişaf etdirdiyini ifadə edən araşdırma qrupunun rəhbəri Naima Xan mövzu barəsində bunları dedi: "Apardığımız araşdırmalar, kafi dərəcədə lutein qəbul etmiş uşaqların, məktəblərində daha müvəffəqiyyətli olduğunu müəyyən etdi. Həmin uşaqlarda IQ daha üst səviyyədə olduğunu müşahidə etdik. Uşaqlar, bol-bol brokoli istehlak edin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.