Cəmiyyət

Telman İsmayılov gizlicə Las-Veqasda erməni milyarderdən mülk aldı - YENİLƏNİB - FOTO

23 İyun 2017 10:17
4 Şərh     Baxış: 6 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:17

ABŞ-ın kazinolar şəhəri Las-Veqasda qalmaqallı azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılova məxsus milyonlarla dollarlıq ticarət mərkəzi aşkarlanıb və bu əmlakın üzərinə həbs qoyulub.

Virtualaz.org xəbər verir ki, bu barədə "Kommersant" yazır.

Qəztin yazdığına görə mülkə Telman İsmayılovun yüz milyonlarla dollar borclu olduğu "Bank Moskva"nın (VTB-nin törəmə bankı) qaldırdığı iddia əsasında həbs qoyulub. Bank Amerika məhkəməsində iddia qaldıraraq göstərib ki, Telman İsmayılov dələduzluqla məşğul olub, Rusiyada götürdüyü kreditləri qaytarmaqdan imtina edərək vəsaitləri xaricə köçürüb və qohumlarının adına daşınmaz əmlak almaq üçün istifadə edib.

Rusiya bankı Telman İsmayılovun Las-Veqasda mülkə malik olduğundan xəbər tutmazdı, Kipr məhkəməsinin qərarı olmasaydı. Belə ki, bu ilin fevralında bankın hüquqşünasları Nikosiya dairə məhkəməsinə müraciət edərək bir sıra Kipr bankları tərəfindən Telman İsmayılova məxsus olan, Seyşel adalarında qeydiyyatdan keçmiş "Vesto Trading Limited" offşor şirkətinin fəaliyyətinə dair informasiyaların açıqlanmasını tələb edib.

"Vesto Trading Limited" İsmayılovun özü kimi kredit öhdəlikləri daşıyır. "Bank Moskva" 2012-2014-cü illərdə İsmayılova məxsus "Rusline 2000" və Hollandiyada qeydiyyatdan keçmiş "Tropicano Finance B.V." şirkətlərinə cəmi 230 milyon dollar kreditlər verib. Həmin kreditlərə görə zamin qismində İsmayılovun Seyşel adalarında qeydiyyatdan keçmiş digər şirkəti çıxış edib. Sonradan İsmayılovun şirkətləri kreditləri qaytarmağı dayandırıb və hazırda oliqarxın təkcə bu bank qarşısında öhdəliyi 19 milyard rubl (300 milyon dollardan çox) təşkil edir.

Telman İsmayılov

Xatırladaq ki, bank Telman İsmayılovun müflis elan edilməsi və əmlakına həbs qoyulub hərracda satılması barədə iddia qaldırıb. Rusiya məhkəməsi iddianı təmin edib. Telman İsmayılov müflis elan ediləndən sonra onun məşhur "Praqa" restoranı, "Tropikano" biznes-mərkəzi və AST ticarət mərkəzi bankın nəzarətinə keçib. Bu yaxınlarda İsmayılovun Moskvadakı bir neçə daşınmaz əmlakına da həbs qoyulub.

Oliqarxın Las-Veqasdakı mülkü

Lakin əsas mübarizə Telman İsmayılovun Antalyadakı məşhur "Mardan Palace" oteli uğrunda gedir. "Mardan Palace" otelini idarə edən "AST İnşaat Taahhut Ticaret Ve Sanayi Anonim Sirketi" və "Olimpus Insaat Turizm Gida Otelcilik Nakliye Sanayi Ve Ticaret Anonim Sirketi" "Bank Moskva"dan alınan kreditlər üzrə zamin qismində çıxış edir. Bununla əlaqədar bank hələ 2015-ci ildə Antalya məhkəməsində həmin şirkətlərin müflis elan edilməsi barədə iddia qaldırıb. Ancaq məhkəmə iddiaya baxılmasına indilərdə başlayıb. İddia təmin olunsa "Bank Moskva" "Mardan Palace" otelinə də nəzarət edə biləcək.

Erməni

Milyarder Sem Nazaryan

Kipr məhkəməsinin qərarı ilə açılan informasiyadan, yəni Telman İsmayılovun Las-Veqasda mülkünün olmasından isə "Bank Moskva"nın hüquqşünasları hələ 2014-cü ildə xəbər tutmuşdular. Belə ki, həmin il "Rusline 2000" şirkəti kreditlərin qaytarılmasını dayandıranda bankın hüquqşünasları müəyyən etmişdilər ki, "Vesto Trading Limited" şirkətinin hesabından 8 milyon dollardan çox vəsait Las-Veqasdakı "Craig Valley Plaza" ticarət mərkəzinin alınması üçün istifadə olunub.

Bu ticarət mərkəzinin ümumi sahəsi 7 min kvadratmetrdən çoxdur. Əvvəllər İran əsilli erməni, məşhur amerikalı milyarder Sem Nazaryanın ailəsinə məxsus olub. Hazırda isə ticarət mərkəzinin sahibi Telman İsmayılovun qohumu Nailə Sadıxovanın nəzarətində olan "Marker Craig LLC" və "Marker LLC" şirkətlərinin nəzarətindədir.

"Mardan Palace" oteli

Bankın hüquqşünasları Nevada ştatının Klark dairə məhkəməsində "Marker "və "Vesto Trading" şirkətləri arasında həyata keçirilən maliyyə əməliyyatının dələduzluq kimi tanınması , ticarət mərkəzinə həbs qoyulması barədə iddia qaldırıb. Məhkəmə operativ qaydada bu mülkün üzərinə həbs qoyub və cavabdeh tərəfə vaxt verib ki, kreditorların iddialarına cavab versin.

VTB-nin mətbuat xidmətindən "Kommersant"a bildiriblər ki, onlar Telman İsmayılovdan borcların qaytarılmasına dair heç bir konkret təklif almadıqlarına görə məhkəməyə müraciət etməli olublar. "Biz Telman İsmayılovdan borcların qaytarılması üçün həm Rusiyada, həm xaricdə bütün qanuni tədbirləri görmək niyyətindəyik"-bankdan bildiriblər.

-----------

08:30

Rusiyalı Azərbaycan əsilli sahibkar, AST Şirkətlər Qrupunun təsisçisi Telman İsmaylovun ABŞ-ın Las Veqas şəhərində yerləşən ümumi sahəsi 7 min kv.m olan ticarət mərkəzinə həbs qoyulub. Milli.Az APA-ya istinadən xəbər verir ki, həbs qərarı "Moskva Bankı"nın iddiası əsasında verilib.    

Məlumata görə, hazırda T.İsmaylovun "Moskva Bankı" qarşısında borunun həcmi 19 mlrd. rubl təşkil edir. 
 
"Moskva Bankı ABŞ məhkəməsinə müraciət edərək kreditlər üzrə ödəmələri dayandıran və əldə etdiyi vəsaitləri ölkədən çıxararaq xarici ölkələrdə qohumlarının adına daşınmaz əmlak əldə edən Telman İsmaylovu dələduzluqda ittiham edib. Məhkəmə ticarət mərkəzinə həbs qoyaraq kreditorun iddialarını cavablandırmaq üçün cavabdeh tərəfə vaxt verib", - deyə bankın xəbərində bildirilir.    
 
Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib.
 
Moskva məhkəmə onun əmlakının satışa çıxarılması proseduruna start vermişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.