Gecədən yağan yağış Kürdəmirdə bir sıra problemlər yaradıb.
Milli.Az ARB TV-yə istindən bildirir ki, yağış suyu rayonun bəzi küçələrində gediş-gəlişə mane olub.
Sakinlər alternativ küçələrdən istifadə etmək məcburiyyətində qalıblar. Yağış əsasən Bakı prospekti, Mirzə ağa Əliyev, Abbasqulu ağa Bakıxanov və digər küçələri keçilməz edib.
Nizami Həmidov - Sakin: "Evimizə-eşiyimizə gedə bilmirik. Necə gedək? Mümkün deyil. Heç olmasa gəlib suyu çəksinlər".
Evlərin həyətləri və zirzəmiləri də su ilə dolub.
Gülüstan Əkbərova - Sakin: "Həyət-baca yaman gündədir. Qapı elə bir Kürdü. Mator da yoxdur suyu çəkməyə".
Kürdəmir şəhəri üzrə icra nümayəndəsi İlqar Salamov ARB TV-yə bildirib ki, yağış normadan artıq yağdığına görə belə bir hal baş verib. İcra nümayəndəsinin sözlərinə görə hazırda yağış suyunun küçələrdən çəkilməsi istiqamətində işlər davam edir.
Milli.Az