Cəmiyyət

"Neçə illərdi ki, camaat sudan qırılır" - Heyvanlarla insanlar eyni yerdən su içir - VİDEO - FOTO

22 İyun 2017 23:44
0 Şərh     Baxış: 1 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuzun Xaçmaz kəndinin sakinləri 1 aya yaxındır ki, su problemi yaşayır.

Milli.Az ARB Şəki-yə istinadən  xəbər verir ki, sakinlər iddia edir ki, hər il yayda eyni problemlə üzləşirlər.

Dağlar Mehdiyev - Sakin: "Neçə ildir ki, Xaçmaza su çəkilib, amma neçə illərdi ki, camaat sudan qırılır".

Bir çox evlərə ümumiyyətlə su gəlmir, bəzi evlərə isə su əvəzinə lil gəlir. İnsanlar su ehtiyaclarını təmin etmək üçün dağətəyindəki bulaqdan və ya qonşu kəndlərdən içməli su gətirmək məcburiyyətində qalırlar.

Məlahət Cəbrayılova - Sakin: "62 yaşım var, bu yaşımda su gətirə bilmirəm. Gəlinlər də körpə uşaqlı".

Raya Camaləddinova - Sakin: "Arxdan zibilli sulardan yığırıq, gətiririk. Nə çay içə bilirik, nə yeməyimizə tökə bilirik".

Sudan həm kənd sakinləri həm də mənbəyi açıq olduğu üçün heyvanlar istifadə edir. Nəticədə yaranan anitasnitar şərait sakinləri narahat edir.

Su hövzələrinin və boruların əsaslı təmirə ehtiyacı var. Sakinlər bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də nəticəsiz qalıb. Məsələ ilə bağlı Oğuz su idarəsindən isə bildirildi ki, problem yağıntıların çox olmasından qaynaqlanıb, mənbəyi sel suları dağıdıb. Və problem tezliklə öz həllini tapacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Heyvanlarla insanlar eyni yerdən su içir

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.