Cəmiyyət

Qadının üzərinə turşu atanlarin niyyəti alınmadı

22 İyun 2017 21:53
1 Şərh     Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vüqar Kərimov və Tural Hüseynov barələrində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Kərimov 9 il, Tural Hüseynov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Apellyasiya şikayəti həmin hökmdən verilib.
 
Hadisə Pirallahı rayonunda baş verib. Adı çəkilən şəxslər Nuranə Hüseynovanın üzünə kimyəvi məhlul atmaqda təqsirləndirilir. Nəticədə qadın bir gözünü itirib.
 
Pirallahı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi istintaq hərəkətləri zamanı cinayəti törədən şəxslər, qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçisi - 1987-ci il təvəllüdlü Tural Hüseynov və icraçı - 1981-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.