Cəmiyyət

Məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı artırılacaq - VİDEO

22 İyun 2017 21:42
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəbə hazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı artırılacaq. Onlar üçün təlimlərdən keçən xüsusi müəllimlərdə ayrılıb. Bu quruplarda oxuyan uşaqlar müsabiqədən keçmədən birinci sinifə qəbul olunacaqlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, növbəti tədris ilində 5 yaşlı uşaqların 65 faizi məktəbə hazırlığa cəlb ediləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsininin ictimaiyyətlə əlaqəlar sektorunun müdiri Bəşarət Məmmədovun sözlərinə görə, 2015-ci ildə məktəbə hazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub.
Məktəbə hazırlıq qruplarında uşaqlar dövlət hesabına dərs vəsaitləri ilə təmin olunacaqlar. Bu qruplarda dərs keçmək üçün əsasən təcrübəli müəllimlər seçilərək onlar üçün təlimlər keçirilib.
Bakının ümumi təhsil məktəblərinin məktəbə hazırlıq qruplarında dərs keçəcək müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun olaraq, keçirilən təlimlərə ümumilikdə 850 müəllim cəlb edilib. Təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və psixoloqlar tərəfindən aparılıb. Bəşarət Məmmədov bildirdi ki,məktəbəqədər hazırlıq quruplarına cəlb olunan uşaqların bir üsdünlüyü var ki,o da birinci sinifə qəbul prossesində müsabiqədən kənar qəbul olunmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı artırılacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.