Cəmiyyət

Yevlaxda qumbara partladı: bir nəfər öldü - VİDEO

22 İyun 2017 21:34
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlində qumbara partlayan Yevlax sakini ölüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 21-də Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Yevlaxda qumbara partladı - bir nəfər öldü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.