Cəmiyyət

Siqaret çəkənlərə PİS XƏBƏR - CƏRİMƏLƏNƏCƏKSİNİZ

22 İyun 2017 20:59
2 Şərh     Baxış: 3 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan edilir. Trend-in məlumatına görə, bununla bağlı müddəa "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində əksini tapıb.

Milli.Az bildirir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Musa Quliyev Trend-ə deyib ki, qanun layihəsi qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsində bununla bağlı cərimələr müəyyənləşəcək: "İndidən cərimənin məbləğinin nə qədər olacağını demək çətindir, ancaq cərimələr mütləq müəyyənləşəcək".

Həmçinin, qanun layihəsinə əsasən, əgər siqaret çəkən şəxs bunun nəticəsində digər şəxslərin sağlamlığına və ya əmlakına ziyan vurarsa, bunu ödəmək məcburiyyətində olacaq.

Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.