Cəmiyyət

Qeybət etmək orucu pozarmı?

22 İyun 2017 21:15
2 Şərh     Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dini mənbələrdə orucun bir neçə mərtəbəsindən (səviyyəsindən) söhbət açılır. Bunların birincisi orucun zahiri hökmləridir ki, bunlar şəriət kitablarında qeyd edilib. Sübh azanından məğrib azanına kimi yeyib-içməyən, cinsi əlaqədə olmayan və daha bir neçə şərti gözləyən şəxs oruc tutmuş sayılır.

Milli.Az islam.az-a istinadən bildirir ki, lakin orucun bundan daha üstün mərtəbəsi bütün bədən üzvlərini günahlardan qorumaqdır. Yaxşı olar ki, oruc tutan şəxs dilini, gözünü, qulağını, əl-ayağını, hətta zehnini də günahlardan qorusun. Qeybət də dilin günahlarından biridir. Qeybət edən adamın orucu şəriətə görə pozulmaz, amma savabı azalar. Qeybət edən oruclu adam qeybət etməyən oruclu adamdan qat-qat az savab qazanar, hətta tamamilə savabı itirə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.