Cəmiyyət

Vidadi Zeynalov evini satdı - Dövlətə 2 milyon ödədi

19 İyun 2017 18:28
4 Şərh     Baxış: 1 925

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın daha bir hissəsini ödəyib.

Milli.Az xəbər verir ki, bu barədə  APA-ya V. Zeynalovun vəkili Elxan Süleymanlı deyib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V. Zeynalovun qalan borcu 2 milyondur.

Qeyd edək ki, bir neçə gün əvvəl V. Zeynalov vurulan ziyanla bağlı 2 milyon manat ödəyib.
 
Bundan əlavə, "Rabitə işi" üzrə təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayevin dəymiş ziyanı tam ödədiyi bildirilir.
 
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri olmuş Beytulla Hüseynov da dövlətə vurduğu 10 milyon manat məbləğində ziyanı ödəyib.
 
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini, Cəlil Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oktay Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Aydlndl · 19 İyun 19:0102

    Vidadi mellim gozel insandl.Yevlaxlilar merd olurlar.

    Cavab yaz
    • Anonim
      Adi insan · 19 İyun 22:4900

      Salam.necesen dost? Amma menim tanidigim Yevlaxli namerd cixdi.Lakin bu butun Yevlaxlilara aid deyil.her yerin pisi de var yaxwisida.

      Cavab yaz
      • Anonim
        Aydlndl · 19 İyun 23:0600

        Salam menim eziz dostum.yaxwlyam.sen necesen?duzdu her yerin yaxwlsl da pisi de olur.Inwallah bundan sonra merd chlxar qarwlva.

        Cavab yaz
        • Anonim
          Adi insan · 19 İyun 23:4100

          Birde Salam.Wukur Allaha teki yaxwi ol.mende yaxwiyam.he ola biler.amma indiki zemanede merd adamlar azliq tewkil edir.

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.