Cəmiyyət

AZƏRTAC-ın saytının zəif görənlər üçün versiyası istifadəyə verilib

19 İyun 2017 10:51
Baxış: 242

Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın veb-səhifəsinin zəif görənlər üçün versiyası istifadəyə verilib.

Milli.Az bildirir ki, saytın bu versiyasına agentliyin əsas veb-səhifəsinin (azertag.az) yuxarı sağ küncündə yerləşdirilmiş "göz" işarəsi və ya special.azertag.az ünvanı vasitəsilə daxil olmaq mümkündür. Agentliyin xəbərlərini bu versiyada zəif görənlər daha rahat oxuya bilərlər. AZƏRTAC-ın əsas saytında yayılan informasiyalar bu səhifədə də təkrarlanır.

Veb-səhifənin bu versiyasının özəlliyi ondan ibarətdir ki, burada şriftləri böyütmək, rəngli, ağ və qara fonlar seçmək mümkündür. Şriftlər ağ fonda qara, qara fonda isə avtomatik olaraq ağ rəngdə olur. Eyni zamanda, istifadəçi "Sazlamalar" bölməsində "Arial" və "Times New Roman" şriftlərindən birini və hərflər arasındakı məsafə ilə bağlı "Standart" və "Böyük" funksiyalarını seçə bilər. Səhifədə informasiyaların axtarışı üçün bölmə da yaradılıb.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.