Cəmiyyət

Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır - nazir

19 İyun 2017 07:57
Baxış: 1 061

Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır. Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq lazımi infrastruktur yaradılıb.

"Türkiyə iqtisadiyyat nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib", deyə nazir bildirib.

Zeybekçi qeyd edib ki, Naxçıvanla aparılacaq ticarət Türkiyənin başqa şəhərlərə aparılan ticarətdən fərqlənməyəcək. Əməliyyat zamanı türk lirəsindən istifadə ediləcək.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.