Cəmiyyət

Bura maşın bazarının qarşısıdır: Yolun ortasında sövdələşmə gedir - VİDEO

18 İyun 2017 22:32
3 Şərh     Baxış: 2 153

Yolun kənarında dayanaraq hərəkətdə olan avtomobillərə əl yelləyirlər. Avtomobilini satmaq istəyən şəxslər isə maşını saxlayıb bu alıcılarla sövdələşmə aparır.

Milli.Az bildirir ki, bir qrup avtomobil alış-satışı ilə məşğul olan şəxslər artıq bazarda yox məhz bu ərazidə çalışmağa üstünlük verirlər. Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsi ərazisində daha dəqiqi maşın bazarına gedən yolda bir neçə istiqamətdə sıra ilə dayanan bu şəxslər avtomobil almaq üçün yoldan keçən sürücülərə əl yelləyirlər. Beləcə, avtomobilini bazara çıxarmaq istəyən şəxs ora daxil olmamış elə bu alıcılarla razılaşıb maşını satır. Alıcıların sözlərinə görə, onlar əsasən həftənin istirahət günləri, səhər saatlarında bu əraziyə gəlirlər.

Həm alıcılar, həm də satıcılar deyir ki, bazara girməmiş avtomobili satmağın üstünlüyü bazar xərclərindən azad olmaq və vaxt itkisinin qarşısını almaqdır. Burada əsasən ikinci əl və azərbaycanda sürülmüş avtomobillər satıldığı üçün qiymətlərdə ele də böyük fərq yoxdur. Avtomobil alverçiləri deyir ki, istər bazarda olsun istərsə də bazar kənarında onsuz da alqı satqı sövdələşmə ilə baş tutur. Ona görə də qiymət bazardakından təxminən 300 manat fərqlənə bilər.

Alıcılar deyir ki, buradan alınan avtomobilin üzərinə müəyyən məbləğ qoyulmaqla ya rayonlarda, ya da ki elə maşın bazarlarına çıxarıb satırlar.

Ancaq avtomobil satmaq istəyən şəxslər yolun hərkət hissəsində maşını saxlıyıb sövdələşmə apardığından yolda bəzən sıxlıq yaranır. Buna görə də həm yol polisi, həm də post patrul xidməti əməkdaşları tərəfindən avtomobillər yoldan kənarlaşdırılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bura maşın bazarının qarşısıdır: Yolun ortasında sövdələşmə gedir

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Taksi · 18 İyun 23:0610

    Günah maşın bazarın müdiryətindədir.çünki polsi var şikayət etsin və oranı nəzarət altına alsınlar.çünki müştəri getmək istəmir çünki.hamısı maşın dəllalarıdır.hamı üz tutub maşın satış sayıtlarına

    Cavab yaz
  • Anonim
    dd · 19 İyun 10:3100

    Qınamayaın camaatı..Nə etsinlər heç birinin xoşuna gəlmir istidə soyuqda orda dayanmaq..Bir loxma çörək üçün müəllimi həkimi çıxıb maşın alveri eləyir..

    Cavab yaz
  • Anonim
    Vətəndaş · 19 İyun 11:0600

    Qaraçı kimi tökülüblər yollara. Ticarəti sivil qaydada aparmaq lazımdır. Biz dünyaya inteqrasiya oluruq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.