Cəmiyyət

Qarpız satışa çıxdı: QİYMƏTLƏR - VİDEO

18 İyun 2017 22:17
7 Şərh     Baxış: 4 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq yerli qarpız bazarlara axın etməyə başlayıb. Qiymətlər isə 50 qəpikdən başlayır 80 qəpiyə qədər yüksəlir.

Milli.Az bildirir ki, alıcılardan yeni qarpızın dadının yerində olduğunu deyənlər də var. Ancaq əksər alıcılar qarpızın mövsümünün hələ irəlidə olduğunu əsas gətirərək qarpız almırlar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Camal Quliyev bildirdi ki, öncədən ilk qarpız Azərbaycana İran və Türkiyədən gətirilirdi . Ancaq artıq yerli məhsullar bazarda əsas rıol oynayır. Xidmət rəisinin sözlərinə görə sahələrdə qarpızlar qurumun əməkdaşları tərəfindən yoxlanılır və satışına icazə veriləndən sonra bazarlara çıxarılır. Buna görə vətəndaşlar rahatlıqla qarpız alıb yeyə bilərlər. Ancaq qarpızın kəsildikdən sonra bir sutka ərzində dərhal istehlak edilməsi tələb olunur. Əks halda müəyyən sağlıq problemlərə səbəb ola bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qarpız satışa çıxdı: QİYMƏTLƏR

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.