Cəmiyyət

Fitrə zəkatını necə və nə vaxt çıxarmalı? - VİDEO

18 İyun 2017 22:10
1 Şərh     Baxış: 3 203

Ramazan ayı savabların qat qat çox verildiyi bir ay. Milli.Az bildirir ki, fitrə sədəqəsinin verilməsi mübarək Ramazan ayına xas olan ibadətlərdən biridir. Acların doyurulduğu, yardıma möhtacların üzünün güldüyü bu ayda, fitrənin başqa bir əhəmiyyəti də var.

Fitrə məhz özünün və ailəsinin xərclərini təmin edə bilməyən və bunu edəcək kimsəsi olmayan şəxslərə çatdırılmalıdır. Fitrəni verən zənginlər alan isə kasıblardır.Amma bunun verlişi zamanıda müəyyən qaydalara əməl etmək lazımdır.

Fitrə Peyğəmbərimizin dövründə, əsasən buğda, arpa, quru üzüm və xurmadan verilirdi.Tarixən bu şəkildə verilən fitrə sədəqəsi müasir dövrdə pulla da verilə bilər. Bu pulun miqdarı isə bir insanı bir gün ərzində doyuracaq qədər olmalıdır. Ailə başçısı ailə üzvlərinin sayına uyğun olaraq müəyyən olunmuş miqdarda fitrə çıxarmalıdır.

Fitrə - möhtac içində olan insanların qismən də olsa ehtiyaclarını təmin edərək sosial yardımlaşmanın ən gözəl nümunəsidir .İlahiyyatçıların sözlərinə görə fitrə mütləq Bayram namazından əvvəl verilməlidir. məqsəd isə odur ki fitrəni alan şəxslərin də evlərində bayram süfrəsi açılsın. İlahiyyatçılar bildirirlərki, borc alıb fitrə zəkatı vermək düzgün deyil. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Fitrə zəkatını necə və nə vaxt çıxarmalı?

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    nn · 18 İyun 23:0940

    sosyal yardimin iki ayini kocurtsunler biz kasiblara fitre versinler hec olmasa

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.