Cəmiyyət

Azərbaycanda məktəblinin ölümü ilə bağlı ŞOK FAKTLAR - FOTO

18 İyun 2017 20:30
3 Şərh     Baxış: 3 067

Bir həftə əvvəl Sumqayıtda məktəblinin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Milli.Az bildirir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2-ci mikrorayonda yaşayan 16 yaşlı Əhmədov Ülvi Vüqar oğlu özünü yaşadığı evdə asmamışdan əvvəl sinif yoldaşları ilə əlaqə saxlayıb.

Sumqayıtdakı internat tipli gimnaziyanın fars-ingilis dili təmayülünün 11-ci sinif şagirdi olan və bu il orta təhsili başa vurmalı olan Ülvi sinif yoldaşlarını yaşadığı evə dəvət edib. Ülvi Əhmədov sinif yoldaşlarına deyib ki, onlara sürpriz hazırlayır.
 
Bildirilir ki, məhz bu söhbətdən sonra məktəbli oğlan məktub yazıb və daha sonra özünü asaraq həyatına son qoyub. O, məktubunda "Son Zəng olmayacaq" sözlərini qeyd edib.
 
16 yaşlı oğlanın hansı səbəbdən belə bir plan hazırlaması, sinif yoldaşlarını çağırması və həyatına son qoyması hələlik tam aydınlaşmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ana · 18 İyun 20:5500

    Sebeb olmalidiAnalar uwaqlara nezaret etmelidiGirirler komputernen gic gic yerlere De the irler bele bir sayt var ozunu olum heddine catdirir Belke ora giribValideynlerine sebr dileyirem Allah rehmet etsin Boyuk derddi

    Cavab yaz
  • Anonim
    Aydlndl · 18 İyun 21:0802

    Ya bal ylga bilmeyib ya da esen problemi olub.

    Cavab yaz
  • Anonim
    a · 18 İyun 21:5010

    allah rehmet elesin.valideynlerinede allahdan sebr dileyirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.