Cəmiyyət

Yalan danışmaq orucu pozarmı?

20 İyun 2017 21:15
0 Şərh     Baxış: 3 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, yalan danışmaq dinimizdə hədsiz bəyənilməyən əməllərdən biridir və onu edən günah qazanar. Günahlar savabları sildiyi üçün, yalan danışan adamın da orucdan qazandığı savab azalar və ya hətta tam silinə bilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, burada ümumi mənada yalan danışmaq nəzərdə tutulur. Yalanın konkret növü olan Allaha, Peyğəmbərə və imamlara yalan söz aid etmək isə orucu pozar. Yəni bir kəs Allahın və müqəddəslərin buyurmadıqları sözü qəsdən onlara nisbət verərək söyləsə və ya onların söylədiyi bir sözü qəsdən inkar etsə, orucu batil ola bilər. Beləliklə, hər yalan yox, onun yuxarıda deyilən növü orucu pozar. Amma ümumilikdə yalan danışmaq da orucun savabına ziyan gətirər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.