Cəmiyyət

Bu şəxslərin Azərbaycana girişinə qadağa qoyuldu

18 İyun 2017 13:23
0 Şərh     Baxış: 4 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX), əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 56600 müraciət daxil olub.

Milli.Az Sputnik.az-a istinadən xəbər verir ki, may ayında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması və ya müddətlərinin uzadılması ilə bağlı 3708 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 2768 müraciət daxil olub.

Qeyri-qanuni miqrasiya ilə bağlı ölkə ərazisində olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1856 hal qeydə alınıb. Ölkə ərazisində yaşamanın leqallaşdırılması ilə bağlı 220 hal, inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunmailə bağlı 887 hal qeydə alınıb. 458 nəfər isə inzibati cərimə tətbiq olunaraq ölkədən deportasiya edilib. Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, 264 nəfərin ölkə ərazisinə gəlişi məhdudlaşdırılıb. Ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı isə 27 hal qeydə alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.