Cəmiyyət

Şəhidimiz üç əsgərin həyatını xilas edibmiş

17 İyun 2017 21:49
12 Şərh     Baxış: 4 684

Ötən gün düşmən təxribatının qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Sultan Şahvələdov bu il fevral ayının 9-da Murovdağda qar uçqununa düşən 3 əsgərin həyatını xilas edib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Qusar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, göstərdiyi şücaətə görə hərbi hissə rəhbərliyi S.Şahvələdovun mükafatlandırılmasına dair Müdafiə Nazirliyinə təqdimat göndərib.

"Təəssüf ki, medalı sağlığında ala bilmədi. Çünki, medal 26 iyun Azərbaycan Silahlı Qüvvəlləri günü ona təqdim ediləcəkdi. 23 yaşlı Sultan Şahvələdov Rusiyada ali təhsil alsa da, hərbi xidmətini vətəni Azərbaycanda keçməyi özünə borc bilib. Ailənin 3-cü övladı olub. Sultan vətənpərvər gənc idi. Vətənini canından çox sevirdi".

Qeyd edək ki, Şahvələdov Sultan Niyaz oğlu ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olub.

Şəhd hərbçimiz Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 1994-cü il təvəllüdlü, şəhid Sultan Şahvələdovundəfn mərasimi baş tutduqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Feyaz Sochi · 17 İyun 22:0690

    Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Sebr · 17 İyun 22:10100

    Caan,caan..Allah rəhmət eləsin.Ailəsinə Rəbbim səbir versin.Amin!ŞƏHİDLƏR ÖLMƏZ,VƏTƏN BÖLÜNMƏZ!;((

    Cavab yaz
  • Anonim
    LL · 17 İyun 22:13150

    Allah rehmet elesin! Aile üzvlerine sebr versin ŞEHİDLER her birimizin qardaşı,övladı,atasıdır.Bütün Azerbaycanın ve azerbaycanlıların qürur menbeyidiler !Biz onlarla fexr edirik ve onların hesabına bu gün rahat heyatımıza davam edirik; Her birimiz onların ailesine ölenecen hem menevi,hem de maddi cehetden borcluyuq!!!!

    Cavab yaz
  • Anonim
    Ulker · 17 İyun 22:1880

    Allah rehmət etsin məkani cennət olsun amin

    Cavab yaz
  • Anonim
    Se · 17 İyun 22:2490

    Can Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Musviq · 17 İyun 23:3650

    Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    .svoyski. · 18 İyun 00:5300

    Mende orda qullıq etmisem

    Cavab yaz
  • Anonim
    Fr · 18 İyun 01:3200

    Allah senin kimi qeyretli oğulları milletimizin içinden eksik etmesin Amin Allahım Ruhun şad olsun Şehidim.

    Cavab yaz
  • Anonim
    Nicat · 18 İyun 02:5400

    Allah rehmet elesin mekani cennet olsun

    Cavab yaz
  • Anonim
    Yağmur · 18 İyun 08:2200

    Allah bütün şehidlere rehmet elesin.ailesine sebr versin.amin

    Cavab yaz
  • Anonim
    CM · 18 İyun 11:5510

    Allahım bu əziz günlerdə bizim şehidlürimizi gor ezabından azad ele. Onların günahlarını baxışla. Öz böyüklüyün xatirine onların o biri dünyasını cennet ele. Amin.

    Cavab yaz
  • Anonim
    .M. · 18 İyun 12:4000

    Allah rehmet elesin.Her defe, bu sonuncu şehid xeberi olar deye ümidlenirik.Teessüf(

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.