Cəmiyyət

Satıcının gözü qarşısında 2 min manatı belə oğurladı - VİDEO

17 İyun 2017 20:58
0 Şərh     Baxış: 2 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ərzaq mağazalarından birindən oğurluq olub.

Həmin an mağazanın təhlükəsizlik kamerasına da düşüb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir gənc satıcının başının qarışdığını görüb və piştaxtanın arxasındakı kassadan 2 min manat pulu götürüb.
Görüntülərdən aydın olur ki, mağazada özünü müştəri kimi qələmə verən şəxs guya ərzaq mallarına baxır.
Satıcınıun digər müştərilərə başının qarışdığını görən kimi planını icra edir. Ancaq oğurluğunun kameraya düşdüyünü bilmir.
Görüntülər paytaxtın Nəsimi rayonu metronun ''28-may'' stansiyası yaxınlığında yerləşən bir ərzaq mağazasındandır. Mağazaya oğurluğa gələn gənc özünü müştəri kimi aparır. Satıcı isə tərəzidə digər müştərilərə ərzaq çəkir.
Bir neçə cəhddən sonra nəhayət ki, satıcının gözündən yayınaraq piştaxtanın arxasındakı kassadan 2 min manat pulu götürüb cibinə qoyur.
Külli miqdarda pulu götürdükdən sonra o, şübhə yaratmasın deyə mağazanı dərhal tərk etmir. Öz növbəsini gözləmiş kimi dayanır, bir müddətdən sonra mağazadan çıxır.
Zərərçəkmişlər hadisədən axşam mağazanı bağlayıb, pulları hesablayarkən xəbər tutublar. Dərhal mağaza sahibi təhlükəsizlik kameralarına baxış keçirib. Pulun oğurlandığını gördükdən sonra ərazi üzrə Nəsimi rayon 22-ci polis bölməsinə məlumat veriblər.
Bölmədən 'verilən mlumata görə, hələlik həmin şəxs saxlanılmayıb. Onun əvvəlcə şəxsiyyətinin müəyyən edilməsi, daha sonra isə saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Satıcının gözü qarşısında mağazadan 2 min manatı belə oğurladı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.