Cəmiyyət

Güclü yağış rayonlarda fəsadlar törədib - VİDEO

17 İyun 2017 20:57
0 Şərh     Baxış: 1 052

Güclü yağış Şamaxı rayonunda fəsadlar törədib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, leysan və külək nəticəsində Şamaxıda küçələrin asfalt örtüyü dağılaraq çalalar əmələ gəlib. Yollardakı su axarları da daş və çınqıllarla dolub.
Bir neçə küçədə selin gətirdiyi iri daşlar yollarda toplanaraq avtomobillərin hərəkətində çətinlik yaradıb.
Məmməd Əmin Rəsulzadə küçəsində sel yolun üzəri ilə aşaraq həyətlərə və evlərə dolub.
Aidiyyəti qurumlar tərəfindən yollarda yığılan daşlar təmizlənib, su axarları açılıb və həyətlərə dolan su nasoslar vasitəsi ilə çəkilib.
Güclü yağış Şirvanda da fəsadlara yol açıb. Şəhərin əsas küçə və prospektlərində avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaranıb. Fərdi yaşayış evlərinin həyətlərinə və zirzəmilərinə su dolub, xeyli ev quşu tələf olub. Dəymiş ziyanın müəyyən edilməsi istiqamətində işlər aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Güclü yağış rayonlarda fəsadlar törədib

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.