Cəmiyyət

30-dan aşağı bal toplayan müəllimlər işdən çıxarılacaq? - VİDEO

17 İyun 2017 20:49
10 Şərh     Baxış: 3 481

Bir neçə il ərzində ölkədə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sayı 140 min nəfərə yaxındır. Ən son qiymətləndirmə mayın 11-də Qaxda keçirilib və bu imtahanda 12 mindən çox müəllim iştirak edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, diaqnostik qiymətləndirmə imtahanının keçirilməsindən sonra sosial şəbəkələrdə qızğın müzakirələr başlayıb. Balı 30-dan aşağı olan müəllimlərin işdən çıxarılacağı və onların iş yerlərinin vakant kimi göstəriləcəyi ilə bağlı iddialar səslənir.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib ki, yayılan məlumatlar şayiədir. 30 baldan az nəticə göstərən müəllimlərin işdən çıxarılması məsələsi gündəmdə deyil.
Nazirlikdən həmçinin qeyd edilib ki, diaqnostik qiymətləndirmənin keçirildiyi 12 bölgə üzrə müəllimlərin 90 faizdən çox hissəsi imtahanlarda iştirak edib. Ötən ilin noyabr-dekabr aylarında baş tutan imtahanlarda iştirak edən 25 min 693 müəllimin təxminən 1 faizi imtahandan kəsilib. Həmin kontingentin bir hissəsi öz istəkləri ilə iş yerlərini tərk edə bilərlər. Amma bu, müəllimin öz istəyindən asılıdır. Lakin onlar işlərində qalıb fəaliyyətlərini davam etdirməyi planlaşdırırlarsa, ilk növbədə öz üzərlərində işləməli və yenidən hazırlaşıb diaqnostik qiymətləndirmədən keçməlidirlər.
Nazirlikdən o da bildirilib ki, diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən, həmin rayon və şəhərlərdəki məktəblərdə işə yeni qəbul olunan və iş yerlərini yeni dəyişən müəllimlərə görə yenidən qiymətləndirmənin keçirilməsi üçün həmin rayon və şəhərlərdən sorğuların daxil olmasını gözləyəcəklər. İstənilən halda, yay aylarında Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada imtahanlar keçirir. Elə həmin ərəfədə də imtahan keçirməklə işə yeni qəbul olunan və iş yerlərini dəyişən, diaqnostik qiymətləndirmədən kəsilən, bu imtahana gəlməyən müəllimlərin hamısı üçün imtahan təşkil oluna və onlar diaqnostik qiymətləndirmədən keçə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
İmtahanlarda 30-dan aşağı bal toplayan müəllimlər işdən çıxarılacaq?

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    777 · 17 İyun 21:2222

    50% netice ortabab sagirdin neticesidir. Men bele netice ile islemeye utanardim.

    Cavab yaz
  • Anonim
    Abbas · 17 İyun 22:0161

    İnanın ki az bal toplayanların 99%i komputer işlədə bilmiyiblər onçun az yazıblar .tanıdıqlarım var maksimum nəticə göstərə biləcək müəllimlərdi ki komp işlədə bilmiyiblər

    Cavab yaz
    • Anonim
      muellim · 17 İyun 23:1951

      Siz allah besdir gorek.Orda komputer bilmek vacib deyildi.Ikinciside neyi bilmirdinse nezaretciler komek edirdiler.Yene yazsaydiniz heyacandan yaza bilmeyibler o inandirici olardi.Inanin ki, kum asagi bal toplayib coxsu deyir komputeri bilmedim, ya da kulikulumdan yaza bilmedim.

      Cavab yaz
  • Anonim
    Sevil · 17 İyun 22:1115

    Ishden niye chixariar? Muellimlerin tekmilleshdirme kurslari var, ora gondermek lazimdir. Kursu bitirdikden sonra yeniden imtahan vere bilerler.

    Cavab yaz
    • Anonim
      Səidə · 17 İyun 23:1171

      30baldan asagi netice gosteren muellimin ne savadi olacaq ki? kurs guya onlari savadlandiracaq.quyuya su tokmekle deyil ey, gerek quyunun icinde su olsun.

      Cavab yaz
  • Anonim
    ssss · 17 İyun 23:1440

    Ders saatlarinin bolgusunde cox bal toplayan muellime cox ders, az bal toplayanlara az ders verilmelidi.Gorek sentyabrda bunu nezere alacaqlar.

    Cavab yaz
    • Anonim
      & · 17 İyun 23:4150

      Teessüf ki nezere almırlar xanım.Menim anam da müellimedi,mekteblerinde en yüksek netice gösterib öz fenninden.9saat ders veribler.İnanın 32bal toplayan müellimler var ki 17saat dersi var.Direktor da öz boynundan atır ki özünüz aranızda hell edin.Nece hell etsinler?12müellim de öz dersini qucaqlayıb ki vermerem 1saatını da!Tesevvür edirsiz nece gülmeli veziyyetdir,35ilin müellimesidi anam ve çox savadlıdı.Bunu yığdığı bal da gösterdi.İndi en az saat ondadı;)Özü de deyir utanıram maarif şöbesine şikayet etmeye.Hamısı müellim yoldaşlarımdı,üz-üze gelirem her gün.Amma bir insaflısı yoxdu ki deye al iki saat da sene verek dersin artsın.Budurmu yaxşı müellime verilen qiymet?Direktor da anama deyir ki şükür övladların da evli-aileli,yoldaşın da işleyir neynirsen dersi????Bu nece düşüncedi bele anlamıram.Milli az ,şerhimi verin xahiş..

      Cavab yaz
      • Anonim
        Səidə · 18 İyun 08:4730

        lInsallah sentyabrda ozum bu meseleni hell edecem.Bu is birbasa mekteb direktorunun isidir.Direktorlar zeif bal toplayan muellimlerin derslerini yaxsi bal toplayan muellimlere vermelidi.Bu hem de mektebin nufuzu ucun lazimdi.

        Cavab yaz
  • Anonim
    dinay · 18 İyun 01:3711

    Adam utanir demeye 30 bal nedi? Biyabirciliqdi, guya 1 defe tkmlşdrm kurduna getseler bilikleri aşıb daşacaq

    Cavab yaz
  • Anonim
    men · 18 İyun 08:5000

    Eger mektebde iki ixtisasi olan muellim varsa ve bu muellim oz isteyi ile hansi fennen imtahan veribse ders bolgusunde oba diger fenden ders goture bilermi?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.