Cəmiyyət

Bu gün 76 mindən artıq şagird imtahan verdi

17 İyun 2017 18:20
0 Şərh     Baxış: 1 009

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 76636 şagird (IX sinif üzrə 43781, XI sinif üzrə 32855) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

DİM-dən Milli.Az-a verilən məlumata görə, 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılmış və imtahan prosesinin gedişinə nəzarət olunub.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

Qeyd edək ki, DİM Direktorlar Şurası tərəfindən ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanları ilə əlaqədar görülən işlərə ictimai nəzarətin təşkili, eləcə də şəffaflığının təmin edilməsi məqsədilə yaradılmış İctimai Şura üzvləri də imtahan materiallarının yola salınmasını, buraxılış rejiminin təşkilini, imtahanın gedişini və s. prosesləri izləyib.

İyunun 19-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.

Milli.Az
 

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.