Cəmiyyət

Oruc tutanlar üçün xüsusi RAMAZAN PƏHRİZİ

16 İyun 2017 21:39
0 Şərh     Baxış: 1 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oruc tutanlar iftarı gec saatlarda açdıqları üçün kökələ biləcəklərindən şikayət edirlər. Milli.Az ailem.az-a istinadən oruc tutanlara həm sağlam, həm də formalarını qorumaqda kömək edəcək "Ramazan" pəhrizi təqdim edir.

İmsak saatında:
 
İki dilim çörək və bir kibrit qutusu boyda pendir.
Bir stəkan ayran, pomidor, xiyar, cəfəri. Yatarkən bir pors meyvə (banan, əncir, üzüm, yemiş olmaz).
Doyana qədər duru yağla hazırlanmış tərəvəz yeməyi, xiyar, 200 qram qatıq və bir dilim kəpəkli çörək.
Altı yemək qaşığı plov, makaron, xiyar, 200 qram qatıq (həftədə bir, ya iki dəfə bu menyunu yeyə bilərsiniz).
 
İftar saatında
 
Bir stəkan su ilə orucu açın. Bir kibrit qutusu pendir, iki dilim hinduşka basdırması, bir ədəd zeytun. Ardından bir kasa şorba, doymaq hissi yoxdursa, bir kasa daha içə bilərsiniz. İftarı evdə yox, başqa yerdə açırsınızsa, süfrəyə düzülənlərdən az-az dada bilərsiniz.
 
İki saat sonra (axşam yeməyi yerinə)
 
1. Doyana qədər ətli, ya da ətsiz tərəvəz yeməyi və 200 qram qatıq.
2. İki gün doyana qədər tərəvəz yeməyi və 200 qram qatıq, üç gün 100 qram qızardılmış ət, toyuq, küftə, ya da ton balıq. Yanında xiyar da olsun. Bir gün bir yumurta ilə pomidor-yumurta və ya ispanaqlı omlet hazırlaya bilərsiniz. Yanında 100 qram qatıq. Bir digər gün isə səkkiz yemək qaşığı yaşıl mərci, noxud, quru lobyadan yemək hazırlayın. Yanında xiyar və 100 qram qatıq olsun.
 
İki saat sonra
 
Yarım paket biskvit və ya bir pors meyvə və bir ədəd pəhriz biskiviti.
 
Alma şirniyyatı da ola bilər.
 
Bir orta boy almanın qabıqlarını soyduqdan sonra ortadan iki yerə bölün və üzərinə darçın səpib sobaya qoyun. Bişdikdən sona üzərinə bir çay qaşığı qoz əlavə edin, bir top pəhriz dondurma ilə yeyin.
 
Yaxud bu üç seçimdən birini edə bilərsiniz:
 
- Üç top dondurma
 
- Bir kasa pəhriz südlə hazırlanmış pudinq.
 
- Bir kasa meyvə salatı (bir kivi, alma, armud, ananas, bir top dondurma).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.