Cəmiyyət

Ağdam rayonunda top və tank mərmisi aşkarlandı - FOTO

15 İyun 2017 21:31
0 Şərh     Baxış: 510

Ağdam rayonunda partlamamış hərbi sursatlar aşkarlanıb.

Milli.Az-a bu barədə Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən bildirilib. Məlumata görə,  15 İyun 2017-ci il tarixində FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən DİN-in "102" Xidməti-Zəng Mərkəzindən Agentliyə Ağdam rayonun Əhmədağalı kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
 
Agentliyin mütəxəssisləri tərəfindən həmin kənddə rabitə xəttinin çəkiləcəyi əraziyə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26)) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
Aşkar olunmuş sursatların ətrafında 9 000 kv.m. əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.