Cəmiyyət

Keçmiş deputatın nəhəng obyekti işıqsız qaldı – 28 MİN BORC

15 İyun 2017 21:27
0 Şərh     Baxış: 1 791

Kürdəmir rayon Mərkəzi Bazarının elektrik enerjisi ilə təchizatı 8 gündür məhdudlaşdırılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə bazarda fəaliyyət göstərən ticarətçilər məlumat verib. Elektrik verilişinin kəsilməsi səbəbindən bəzi iş adamları xeyli ziyana düşüb. Bildirilir ki, elektrik enerjisi obyektin işıqpuluna görə xeyli borcunun yaranması səbəbindən kəsilib. Bazarın "Azərenerji"yə 28 min manat borcu var.

Qeyd edək ki, bu bazar Aran regionunda ən iri ticarət mərkəzi hesab edilir. Bazar keçmiş deputat, iş adamı Fərhad Qəribova məxsusdur. Obyektə rəsmən Fərhad Qəribovun oğlu Zöhrab Qəribov rəhbərlik edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.