Cəmiyyət

18 avtobusun istiqaməti dəyişdirildi - əhalinin nəzərinə

15 İyun 2017 19:06
0 Şərh     Baxış: 802

Bakı şəhərində keçiriləcək "Azərbaycan Qran Pri " yarışları ilə əlaqədar olaraq 17 iyun tarixində qismən, 19 iyun tarixində isə tam bağlanacaq yollara görə bəzi marşrut xətlərində dəyişikliklər ediləcək.
 
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, "Formula 1" Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
 
Hərəkət istiqaməti dəyişdirilən marşrutlar aşağıdakılardır:
 
1. 1 və H1 (Baku Bus) - marşrut avtobuslarının hərəkəti  D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. - Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;

2. 2 nömrəli marşrut  avtobuslarının hərəkəti D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. xətti ilə təşkil ediləcək;
 
3. 4 nömrəli marşrut avtobuslarının hərəkəti  28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. -Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;
 
4. 5 nömrəli marşrut avtobuslarının hərəkəti  28 may m/st. - A.Puşkin küç - 28 May küç - R.Behbudov küç xətti ilə təşkil ediləcək;
 
5. 6 nömrəli marşrut avtobuslarının hərəkəti hərəkəti  M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - M.Müşviq küç.  xətti ilə təşkil ediləcək;
 
6. 8 nömrəli marşrut avtobuslarının hərəkəti hərəkəti Ş.Bədəlbəyli küç - R.Behbudov küç - S.Rəhimov küç - Azadlıq pr. - Puşkin küç.
 
7. 14 nömrəli marşrut avtobuslarının hərəkəti hərəkəti Ş.Bədəlbəyli küç - R.Behbudov küç - S.Rəhimov küç - Azadlıq pr. - Puşkin küç.
 
8. 18 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. -  M.Hüseyn küç xətti ilə təşkil ediləcək;
 
9. 21 nömrəli marşrut avtobuslarının hərəkəti  28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. -Nobel pr. xətti ilə təşkil ediləcək;
 
10. 31 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. - Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - Nəriman Nərimanov küç.  - M.Müşfiq küç xətti ilə təşkil ediləcək;
 
11. 37 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - N.Nərimanov küç xətti ilə təşkil ediləcək;
 
12. 46 nömrəli  marşrut avtobuslarının hərəkəti  28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. -    xətti ilə təşkil ediləcək;
 
13. 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. - S.Rüstəm küç. - D.Əliyeva küç. -  R.Behbudov küç. - S.Əsgərova  küç. - S.Vurğun küç. xətti ilə təşkil ediləcək;
 
14. 65 nömrəli marşrut son dayanacağı Füzuli küç. - Ş.Bədəlbəyli - Füzuli küç - Ş.Qurbanov küçəsində təşkil ediləcək;
 
15. 77 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. - Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - Nəriman Nərimanov küç.  - M.Müşfiq küç xətti ilə təşkil ediləcək;
 
16. 88 nömrəli marşrut avtobuslarının hərəkəti  28 may m/st. - Puşkin küç. - 28 May küç - R.Behbudov küç  xətti ilə təşkil ediləcək;
 
17. 125 nömrəli marşrut  avtobuslarının hərəkəti  "Lökbatan" NMM - Bayraq meydanı - M.Useynov  küç - 20-ci sahə xətti ilə təşkil ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.