Cəmiyyət

Onlayn alış-veriş edənlər, DİQQƏT! - Hansı saytlar daha etibarlıdır?

16 İyun 2017 07:14
0 Şərh     Baxış: 2 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir dövrdə alış-verişin ən çox yayılan formalarından biri də onlayn alış-verişdir. Ənənəvi alış-verişdən fərqli olaraq, onlayn alış-veriş zamanı brend malları daha ucuz qiymətə almaq imkanı olduğu üçün getdikcə müştərilər arasında onlayn alış-veriş sürətlə populyarlaşır. Geyimdən tutmuş, məişət texnikasına qədər hər şeyin alınması internetdə daha sadədir. Amma bu alış-veriş növünün iqtisadi cəhətdən müsbət tərəfi varsa, təhlükəsizlik baxımından mənfi tərəfləri də var.

Müsahibimiz Kamran Kamranlı adını çəkmək istəmədiyi yerli alış-veriş saytlarının birindən 1 ay öncə mobil telefon sifariş verdiyini, pulunu ödəsə də, hələ də telefonu ala bilmədiyini deyir:

"Şəhərdəki mağazalarda almaq istədiyim modelin qiyməti 700 manat idi. Amma internetdə 540 manata təklif edirdilər. Fərq kifayət qədər idi. Buna görə də düşünmədən sifariş verdim. 14 günə sifarişi təhvil alacağımı dedilər. Lakin sonra saytdan 1 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də telefonum gəlib çıxmayıb. Soruşanda da deyirlər ki, "telefon gəlib, gömrük məntəqəsində problem var, buraxmırlar". Bir neçə gün də gözləyəcəm, gəlməsə, ya pulumu geri qaytarsınlar, ya da şikayət edəcəm".

Belə hallarla qarşılaşmamaq üçün internetdən sifariş verməzdən əvvəl saytın etibarlılıq dərəcəsini araşdırmaq lazımdır. Çünki bu gün internetdə virtual şopinq saytları yüzlərlədir. Lakin bunların nə dərəcədə etibarlı olub-olmadığı sual altındadır?

Milli.Az bildirir ki, publika.az Azərbaycana birbaşa çatdırılma xidməti olan saytları və onlar vasitəsilə sifarişlərin neçə günə çatdırıldığını araşdırıb.

ebay.com
5-30 gün ərzində gəlir.

amazon.com
17-21 gün ərzində gəlir.

alibaba.com
17-32 gün ərzində gəlir.

asos.com
10-14 gün ərzində gəlir.

www.topshop.com
10-21 gün ərzində gəlir.

Sifarişi 1 ayadək gələn saytlar:
ru.shopbop.com
www.cosme-de.com
www.farfetch.com/az
www.net-a-porter.com
www.victoriassecret.com
www.aliexpress.com.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.