Cəmiyyət

Daimi yorğunluğun 5 TƏHLÜKƏLİ SƏBƏBİ

15 İyun 2017 19:25
7 Şərh     Baxış: 1 448

Yorğunluq ağır fiziki və ya əqli fəaliyyətdən sonra əmələ gələrsə, bu tam normal haldır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bəzən insan hiss edir ki, yorğunluq səbəbsiz əmələ gəlir və hətta uzunmüddətli istirahətdən sonra keçmir. Bu təhlükəli simptomdur.

Daimi "səbəbsiz" yorğunluq bəzi ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər. Bu xəstəliklər arasında:

- Qalxanvari vəzi xəstəlikləri. Qalxanvari vəzi bütün orqan və sistemlərin fəaliyyəti üçün vacib olan hormonları ifraz edir. Bu səbəbdən bu vəzi "orqanizmin dirijoru" adlandırırlar. Bəzən müxtəlif səbəblərə görə qalxanvari vəzinin fəaliyyəti zəifləyir ki, nəticədə vəz daha az hormonlar ifraz edir. Bu hal tibdə "hipotireoz" adlandırılır. Hipotireozdan əziyyət çəkən insanın çəkisi "səbəsiz" artır,  insan tez-tez üşüyür, zəif, halsız, yuxulu olur. Belə insanlar özünü daim yorğun hiss edir.

- Xroniki yorğunluq sindromu. Adətən bu sindrom böyük şəhərlərdə yaşayan və çox aktiv həyat tərzi olan insanlarda inkişaf edir. Mütəxəssislərin fikrinə görə, bu sindromun səbəbi ağır əqli və fiziki yükləmələrdir.

- Anemiya (qanazlığı). Qanazlığının simptomlarından biri daimi yorğunluqdur.

- Ürək xəstəlikləri. Adi işləri icra etməkdə əziyyət çəkir, tez yorulursunuzsa, bu ürək xəstəliyinin  simptomu ola bilər.

- Qaraciyər xəstəlikləri. Qaraciyəri "lal" orqan adlandırırlar. Bu orqanda olan xəstəlik uzun müddət ərzində demək olar simptomsuz inkişaf edə bilər. Diqqət! Daimi səbəbsiz yorğunluq qaraciyərdə pozulmanın inkişafına işarə edə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Tebiet · 15 İyun 20:1900

    Məndə də bu var, səbəbsiz yorğunluq. Sanki həyatdan doymuşam artıq. ..

    Cavab yaz
    • Anonim
      · 15 İyun 20:4610

      mosi mosi heyatdan doya bilmez hele tezdi))

      Cavab yaz
      • Anonim
        Tebiet · 15 İyun 21:3110

        Mosi mosi )) yaxşı ) üzün daima gülsün ))

        Cavab yaz
        • Anonim
          · 15 İyun 23:3510

          Sizle bahem))

          Cavab yaz
          • Anonim
            Tebiet · 15 İyun 23:5200

            ))gecəniz xeyirə. Şirin yuxular.

            Cavab yaz
  • Anonim
    · 15 İyun 20:4100

    1 -cisinden wubhelenirem.

    Cavab yaz
  • Anonim
    · 15 İyun 20:4100

    Aaaaaaaa cekim artmir burda sehvlik varrrrr

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.