Cəmiyyət

Quranı Azərbaycanca oxumaq ərəbcə oxumaq qədər savabdırmı?

15 İyun 2017 19:50
19 Şərh     Baxış: 5 139

Qurani Kərimin mənaca tərcüməsini oxuyaraq Uca Allahın elmi ilə tanış olmaq savab əməllərdəndir və imanın artmasına səbəbdir. Milli.Az zikr.az-a istinadən bildirir ki, amma hər hərfə görə 10 savab qazanmaq ərəbcə oxumağa aiddir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Quran oxuyun! Həqiqətən, siz ona görə mükafat ala­caqsınız. Hər hərfə görə on savab vardır. Mən demirəm ki, "əlif, ləm, mim" bir hərfdir, lakin "əlif" on, "ləm" on, "mim" on, bunların hamısı isə otuz sa­vab­dır". (Tarixu Bağdad, 1/286). Deyilir ki "əlif, ləm, mim", yəni nazil olduğu kimi ərəb dilində. Ərəbcə Quran oxumağı öyrənmək üçün nəyisə əldə etmək və ya gözləmək lazım deyil. Ölüm gəlməzdən öncə çoxlu savab əldə etməyə, xeyirli əməllərə tələsmək lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 19:5560

    İmam Əli (ə) buyurmuşdur-“Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 19:5560

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur-“Quranın mətninə və yazısına baxmaq ibadətdir.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 19:5660

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur--“Quranı uca səslə oxuyan şəxs sədəqəni aşkar şəkildə verən, yavaş səslə oxuyan şəxs isə sədəqəni gizli şəkildə verən şəxsə bənzəyir.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 19:5760

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur- “Məscidlər Qurana görə bərpa edilmişdir.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 19:5860

    İmam Sadiq (ə) buyurmuşdur-- “Quran (insanı) behiştə göndərib, cəhənnəmdən saxlayır.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 19:5860

    İmam Əli (ə) buyurmuşdur-- “Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 19:5960

    İmam Sadiq (ə) buyurmuşdur-“Zehnin və bədəninin zəif olmasına baxmayaraq zəhmət çəkib Quranı əzbərləyən şəxsin savabı çoxdur.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:0080

    İmam Sadiq (ə) buyurmuşdur-“Möminə layiqdir ki, ya Quranı öyrənsin, ya da onu öyrənmək üçün zəhmət çəksin.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:0090

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur-“...Axirətin bəlası Quran oxuyan şəxsdən götürülər.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:01110

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur-- “Üç şeyə baxmaq ibadətdir: 1-Ata-ananın üzünə. 2-Dənizə. 3-Qurani-kərimə.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:02100

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur-- “Allah-taala üç səsi çox sevir: 1-Quran tilavət edən şəxsin səsini. 2-Xoruzun səsini. 3-Sübh vaxtı günahlarının bağışlanmasını diləyən şəxsin səsini.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:04110

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur- “Mənim ümmətimin yüksək məqama nail olan şəxsləri Quranı həml (hifz) edənlər və gecə (ibadət üçün) oyaq qalanlardır.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:05100

    İmam Səccad (ə) buyurmuşdur-- “Quran ayələri xəzinədir, hər vaxt o xəzinənin ağzını acdınsa, bil ki, ona nəzər etməyin savabı vardır.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:0690

    İmam Sadiq (ə) buyurmuşdur--“Dünya əhli səmadakı ulduzlara baxdıqları kimi, səma əhli də müsəlman bir şəxsin Quran oxuduğu evə baxarlar.”

    Cavab yaz
    • Anonim
      .. · 16 İyun 20:1920

      Gozel deyib Imam Sadiq e.s.

      Cavab yaz
  • Anonim
    ENV · 15 İyun 21:1330

    Salam Olsun ALLAHA ve Peyğemberlerine imamlarına itayet edenlere Orucnuz Namazınız qebul olunsun Cümlemiznen Cox sağolun Eli Qardaş men QUR'ANUL KERİM kitabın öz dilinizce oxuyuram bezilerin ezber bilirem ELHEDÜLLAH

    Cavab yaz
    • Anonim
      مريم · 15 İyun 21:5110

      Aləykum salam, ENV.

      Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 15 İyun 23:3320

      Salam ENV necesiz??

      Cavab yaz
  • Anonim
    Er · 15 İyun 21:1914

    Ne ferqi var azerbaycan ve ya ereb lap ingilisce olsun boş şeylerdi hamsı bir Mena verir azerbaycanca oxuyanda ıçinde ne olquyunu bilisen erebce ama yoxx

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.