Cəmiyyət

Qüsl necə alınır və onu pozan amillər hansılardır?

15 İyun 2017 20:40
10 Şərh     Baxış: 5 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qüsl alıb pak olmaq Allahın əmrlərindən biridir, qüslu pozulmuş şəxs mümkün qədər tez qüsl almağa çalışmalıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz." (əl-Maidə, 6). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana - dəstəmaz alarsa istisnadır". (Əbu Davud, 4182).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Allah dərgahında qəbul olunan qüsl iki növdür:
Vacib qüsl. "Bismilləəh" deyib ağız və burunu yaxalamaq, başı və bütün bədəni su ilə yumaq. Bununla da insan boynunda olan vacibi ödəmiş hesab olunur.
Kamil qüsl. Kamil qüsl almaq üçün "bismilləəh" deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Yəni, Peyğəmbərimiz Məhəmmədin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) aldığı şəkildə qüsl almaq. Möminlərin anası xanım Aişə (Allah ondan razı olsun) rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu". (Muslim, 716).
Qüsl alarkən dillə niyyət deyilmir. Sadəcə qəlbində adi çimmək yox, qüsl almaq məqsədinin olması kifayətdir.
Qüslu pozan amillər isə ümumilikdə kişi və qadınlarda cənabət (cinsi əlaqədən sonra və ya əlaqə olmadan şəhvətlə spermanın çıxması), yuxuda qeyri-iradi olaraq məninin (spermanın) çıxması, yalnız qadınlarda isə "heyz" (aybaşı) və "nifas" (doğuşdan sonra ən çoxu 40 gün davam edən qanaxma) hallarıdır.
Xəstələnmək qorxusu olan və ya su tapmayanlar çətinlik aradan qalxana qədər qüsl əvəzinə təyəmmüm edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.