Cəmiyyət

"Abort etdiyimə görə Allah məni bağışlayarmı?"

15 İyun 2017 20:20
0 Şərh     Baxış: 3 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Digər bütün hallarda isə abort etmək böyük günahdır. 

Milli.Az zikr.az-a istinadən bildirir ki, böyük günah edən səmimi qəlbdən peşman olmalı və Allaha bağışlanmaq üçün dua etməlidir. Allahın rəhmətindən ümidini üzməməli, bununla yanaşı günahlardan çəkinməli və çoxlu xeyirli əməllər etməlidir - namaz və digər ibadətləri çoxaltmaq, valideynlərə yaxşılıq etmək, sədəqə vermək və s. Uca Allah buyurur: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, - günahları Allahdan başqa kim bağışlaya bilər? - onlar bilə-bilə etdiklərinə görə israr etməzlər". (Ali İmran, 135).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.