Cəmiyyət

Pirə gedib orada ziyarət namazı qılmaq olarmı?

17 İyun 2017 21:50
43 Şərh     Baxış: 2 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Namaza yatıb qaldıqda, yuxudan oyanan kimi həmin namazı qılmaq lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Muslim, 684). Yuxudan oyanandan sonra namazı gecikdirib qılmaq isə günahdır.
2. Ziyarət namazı adlı namaz yoxdur.

Milli.Az zikr.az-a istinadən bildirir ki, pirlər və ziyarətgahlarda Allahdan başqasına dua edilir, qurban kəsilir və s. ibadətlər edilir. İbadəti Allahdan başqasına etmək ən böyük günah olan şirkdir, Uca Allah şirk edib tövbə etməyənləri əbədi Cəhənnəmlə cəzalandıracağını bildirmişdir. Ona görə də, hətta siz bu əməlləri etməsəniz də, belə yerlərdən uzaq olmaq lazımdır. Pirdə namaz qılmaq da haramdır, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) qəbir olan yerdə namaz qılmağı qadağan edərək demişdir: "Allah yəhudilərə və nəsranilərə lənət eləsin! On­lar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər". (əl-Buxari, 1330); "Həqiqətən sizdən öncəkilər öz Peyğəmbərlərinin və əməlisaleh insanların qəbirlərini özlərinə səcdəgan edirdilər. Siz isə qəbirləri səcdəgah etməyin. Mən sizi bu işdən çəkindirirəm". (Muslim, 532); "Hamam və qəbiristanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır". (İbn Məcəh, 745).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.